Şou əhli başına buzlu su tökdü – FOTO
Bizi izləyin

Tabloid.az

Şou əhli başına buzlu su tökdü – FOTO

Bütün dünyada skleroza (ALS) diqqət çəkmək və bu xəstəlikdən əziyyət çəkənlərə maddi yardım etmək məqsədi ilə başlanan kampaniyaya azərbaycanlı sənətçilər də qoşulub. Kampaniyaya görə, hər kəs başına bir vedrə buzlu su tökməlidir.

Publika.az-ın məlumatına görə, Xəzər Televiziyasının “5-də 5” verilişində başlanan kampaniya digər müğənnilər tərəfindən davam etdirilib. Rəqsanə İsmayılovanın qızı Aysun, Eldar Qasımov, Zamiq Hüseynov, Sevda Yəhyayeva flaşmob edərək başlarına buzlu su töküblər.

Qeyd edək ki, flaşmoba qoşulan və başına bir vedrə buzlu su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir. Həmin şəxslər başına bir vedrə buzlu su tökmürsə, ALS xəstələri vəqfinə 100 dollar verməlidirlər.

Amma bu kampaniyanı cəfəngiyat adlandıran şou əhli də az deyil.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm