Məlahət Abbasovanı niyə əsəbiləşdirdilər? – FOTO
Bizi izləyin

Tabloid.az

Məlahət Abbasovanı niyə əsəbiləşdirdilər? – FOTO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova, deyəsən, türklərin əlindən çox yanıqlıdır.

Publika.az-ın məlumatına görə, aktrisa özünün “Facebook” profilində türkiyəlilərin heç də qonaqpərvər olmadığını diqqətə çatdırıb. Hətta azərbaycanlılara məsləhət görüb ki, Türkiyədən qonaqları gələndə onlar üçün əldən-ayaqdan getməsinlər:

“23 ildə kəşf etdiyim bir şey var. Türkiyədə birinə qonaq gələndə birinci sualları bu olur ki, xoş gəldiniz, necəsiniz? İkinci sualları da “Nə zaman gedirsiniz?” 80 faizi belədir… Hələ qəflətən kimsə qonaq gələndə “işlərim çoxdur, qonaq qəbul edə bilmərəm” deyirlər. Qaçacaq yer axtarırlar. Yəni demək istəyirəm ki, Türkiyədən bir müsafiriniz gələndə əsla boş-boşuna onlar üçün əldən-ayaqdan getməyin. Onsuz da qanan deyillər. Açıqlamam bir az sərt oldu. Amma bu yazdıqlarım 80 faiz üçün keçərlidir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm