Sevgi və dostluqla bağlı inanılmaz kəşf
Bizi izləyin

Tabloid.az

Sevgi və dostluqla bağlı inanılmaz kəşf

Bir-birilərinə tamamilə yad insanlara nisbətən dostların genləri arasında çoxlu ümumi cəhətlər olur. Həm də dostların genlərinin qohumluq dərəcəsi dörd köynək uzaq qohumlarının oxşarlığına bərabərdir.

Biz “əksliklərin vəhdətinə” daha çox inansaq da, reallıq bunun əksini sübut edir və insan bu dünyada ona ən çox yaxın olan kəsə, məsələn, “özünün ikinci yarısına” bənzəyir. Adətən belə hallarda psixoloji və sosial bənzərlikdən danışırlar, yəni, məsələn, cütlük – eyni təhsil səviyyəsi, eyni vərdişləri və s. olan insanlar arasında yaranır.

Publika.az bu yaxınlarda “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan məqaləyə istinadən xəbər verir ki, Boulderdəki Kolorado Universitetinin əməkdaşı olan müəlliflər Benjamin Domen (Benjamin W. Domingue) və onun həmkarları bildiriblər ki, sevib evlənən ər-arvad cütlükləri yalnız sosio-pixoloji kriteriyaları baxımından deyil, həm də genetik özəllik baxımından da bənzər olurlar. Başqa sözlə desək, DNK-larınız bir-birnə nə qədər çox oxşardırsa, romantik görüşlərinizin nikahla nəticələnməci şansı da bir o qədər artıqdır.

Təxminən bir ay sonra elə həmin “Proceedings of the National Academy of Sciences” jurnalında Nikolas Kristakis (Nicholas A. Christakis) və San-Dieqodakı Koliforniya Universitetinin əməkdaşı Ceyms Faulerin yenə də genlərin oxşarlığından – amma bu dəfə sevgililər deyil, dostlar arasında gen uyğunluğundan bəhs edən məqaləsi çıxır. Bu oxşarlıq qohum olmayan 2000 nəfər insan arasında aparılan analizlər nəticəsində aşkar olub. Aydın olub ki, dostlar bir-birlərinə nə dərəcədə oxşardırlarsa, DNK-ları da o dərəcədə bənzərdir və ümumi genetik xarakteristika daha çox qoxu ilə bağlı genlərdə özünü göstərir. Beləliklə, demək olar ki, dostluq müəyyən mənada iy duyğusunun oxşarlığı ilə müəyyən olunur.

Ancaq oxşar genli insanlar arasında dostluğun yaranması mexanizmi ilə bağlı tədqiqatlar heç nə demir. Unutmayaq ki, insanın dostluq münasibətləri ən yüksək sinir fəaliyyətidir. Və çox maraqlıdır: hansı iradi və qeyri-iradi mexanizmlər bizim genlərimizi, xoşladığımız qoxuları sevgiylə, dostluqla bağlaya bilir?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm