Aybəniz Aynişanla qəza törədib, ölümdən döndü
Bizi izləyin

Tabloid.az

Aybəniz Aynişanla qəza törədib, ölümdən döndü

Aybəniz Aynişanla qəza törədib, ölümdən döndü

Bir neçə gün havaların çovğunlu keçməsi qəza sayını artırıb.

Publika.Az xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova, qızı Aynişanla birlikdə qəza törədib, ölümdən dönüblər. Hadisəylə bağlı Aybəniz Haşımova sosial şəbəkədə belə yazır:

“ Dünən ömrümün ən ağır imtahanını yaşadım. 30 Yanvar axşamı yağmağa başlayan qarın fırtınası məni ağır imtahana çəkdi. Balamla bir yerdə Sumqayıt yolundan Saray qəsəbəsinə qayıdan istiqaməti axtarırdım, birdə Duzlu göl ətrafına gəlib çıxdığımızı gördüm.

Ordan da üzü Masazır istiqamətinə yollandıq. İnanın, kimin duası bizi saxladı bilmirəm, bir onu bilirəm ki, Allah mənim balamı da, məni də göydə saxladı. Əgər əksinə olsaydı, bilin ki, biz artıq həlak olacaqdıq. Maşınlar Masazır yolunda ilişib, qalmışdılar. Bir cavan oğlandan xahiş etdim ki, maşını bir yerə qədər heç olmasa idarə etsin.

Bir zülmlə Masazırı çıxırdıq ki, yolumuzun ağzında bir maşın necə fırlanmağa başladısa, gözüm qaraldı. Qızıma dedim maşını saxla, daha gedə bilmərik. Birdən yadıma düşdü ki, Xalq ulduzu-3 yarımasının diplomantı Mehin burda yaşayır. Mehinin anası Xatirə xanım sağ olsun. Dərhal mənim köməyimə bütün qonşuları göndərdi”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm