Tabloid.az
“Azərbaycan mədəniyyətini tanıyaq!”
Gənclər üçün Təhsil Mərkəzi milli musiqimizin və sənət
nümunələrinin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısının
alınması məqsədilə “Azərbaycan mədəniyyətini tanıyaq!” virtual
təbliğat kampaniyasına başlayıb
Mərkəzdən verilən məlumata görə, avqustun 26-dan başlanan kampaniya
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən
maliyyələşdirilir.
Kampaniya çərçivəsində Azərbaycanda və xaricdə fəaliyyət göstərən
sosial media vasitələrində təbliğat işinin təşkili, müxtəlif
xalqlar tərəfindən mənimsənilmiş mədəni dəyərlərimizin geri
qaytarılması məqsədilə faktların toplanması, onların
ictimailəşdirilməsi və mətbuatda yayılması, xarici dillərdə
mədəniyyətimizlə bağlı yazıların hazırlanması və işıqlandırılması
nəzərdə tutulur.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki,
kampaniyanın avqustun 26-da başlaması bu günün Beynəlxalq
Azərbaycan muğamı və musiqisi günü kimi qeyd olunması ilə
əlaqədardır. /anspress.com/
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...