• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Cəvahir Abdullova haqqında şəhər meri nə dedi?

Cəvahir Abdullova haqqında şəhər meri nə dedi?

Qazaxıstanın Aktau şəhərində böyük konsert proqramı təşkil edilib və bu konsertə bir neçə ölkədən ifaçı təmsil olunub.

Şəhər merinin və Dağıstanın diasporasının sədri Hacı Səlimovun dəvəti ilə Azərbaycanı vokal və estrada mahnılarının ifaçısı Cəvahir Abdulova təmsil edib.

Təmtəraqla keçən konsert günündə azərbaycanlı ifaçının çıxışı Rusiya, Astana, Almaata, Dağıstandan olan sənətçinin ifalarından fərqlənib.

Bunu şəhərin meri çıxışından sonra Cəvahir xanıma təşəkkürünü bildirərkən deyib. Elə bu məqsədlə də, sənətçimiz yeni yaradıcılıq təklifi alıb.

“Ən çox alqışlarla müşahidə olunan sənətçi oldum və zalda şəhərin mötəbər insanları bu konserti izləyib, ifamı bəyəndilər. İnşallah, martda eyni şəhərdə konsert proqramımın təşkili barədə təklif aldım.

Eyni zamanda Aktaunun televiziya kanallarından biri konsertdə səsləndirdiyim mahnılarımdan birini ekranlaşdıracağı barədə təklif göndərib. Bunları gələn ay birlikdə həyata keçirəcəm”.

Zəminə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR