“Vampirlərin qəbirləri”nin sirri - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Vampirlərin qəbirləri”nin sirri - FOTOLAR

"Vampirlərin məzarları” Avropa ərazisində aşkar edilir. Tapılan məzarlarda başsız bədənlər, daşlarla əzilmiş cəsədlər, cəsəddən qalan adi qalıqlar, ya da üzü torpağa basdırılmış cəsədlər olur. Maraqlısı odur ki, bu cür basdırılmış cəsədlərin vampirlərə məxsus olduğunu hansısa bir alim deyil, qazılma işlərində çalışan adi bir işçi iddia edib.

Dünya mətbuatında, hətta ciddi elmi jurnallarda belə tez-tez arxeoloqların vampir qəbirlərinin aşkar etmələri haqqında yeni-yeni nəşrlərə rast gəlmək olar. 2009-cu ildə italyan kriminalistləri XVI əsrə aid Lasserto Nuova adasında (Venesiya), dişləri arasında kərpiclə basdırılmış qəbrin vampir qadın olduğunu elan etmişdilər. 2011-ci ildə isə arxeoloqlar tərəfindən aşkar edilmiş iki kişi cəsədinin qalıqlarının da vampirlərə aid olduğunu bildirmişlər. Bu qəbirlərin isə Kilteşində (İrlandiya) IX əsrə aid olduğu məlum olub.

Arxeoloqların fikrincə vampirlərin qəbirdən qalxmasına və canlı məxluqlara ziyan verməyin qarşısını almaq üçün onların ağızlarına daş qoyulurmuş. Aşkar edilən belə qəbirlərə Avropa ərazisində ən çox Polşada rast gəlinir. Güman edilir ki, onların Avropada geniş yayılması vampirlərə qarşı olan qorxu hisslərinin slavyan folkloru ilə əlaqədar olub; həmçinin digər ərazilərdən fərqli olaraq, vampirlər məhz Polşada insanları daha çox izləyirlərmiş (hər halda onların qurbanları belə düşünürlərmiş).

Polşa alimlərinin yeni nəsli daha maraqlı bir fərziyyə ilə çıxış ediblər: onların fikrinə görə, çoxsaylı “vampir məzarları” XX əsrin arxeoloqlarının metodoloji səhv və əsassız fikirlərindən doğub. World Archeology jurnalında dərc edilən məqalənin müəllifləri qəribə məzarlıqların tipologiyasını tərtib edərək onların yaranmasının ən müxtəlif variantlarını araşdırmışlar – məzarçıların bacarıqsızlığından tutmuş cinayətkarların açıq edamına qədər.

Ölülər və dirilər

Cadugərların, qulyabanıların və bu kimi digər məxluqların real statusları tarixdə və antropologiyada ən maraq doğuran suallarla hələ də aktual olmaqdadır. Hələ də məlum deyil ki, onlar həqiqətənmi olmuşlar yoxsa bu sadəcə adi və ya hər hansı bir xəstəlikdən əziyyət çəkən şəxslər olmuşlar, ya da qohum-əqrəbalarının, qonşularının qorxu və psixozları ucbatından günahsız yerə öldürülən insanlar imişlər. Buna misal olaraq kütləvi şəkildə cadugərlər ovunun minlərlə qurbanlarını xatırlamaq kifayət edər.

Elə həmin vampirizmi nadir genetik qan xəstəliyi ilə izah da etmək olar – porfiriya. Bu xəstəliyin simptomları klassik qulyabanının obrazını xatırladır. Xəstələrə gün işığına çıxmaq olmaz, onların dodaqları və diş ətinin ətrafları quruduğuna görə də qabaq dişləri daha uzun formaya düşmüş olur; porifirin dişlərinə hopduğundan isə onların rəngi qırmızıya çalır.

Cadugərlərin və qulyabanıların həqiqətdə kim olmasından asılı olmayaraq, psixologiyada və insanların mənəvi dünyasında onların mövcudluğu şübhəsiz bir fakt olaraq qalır. Orta əsrlər dövründə kilsə insanların bütpərəst dəfn mərasimləri ilə sərt şəkildə mübarizə aparırdılar. Ruhanilər adətən belə rituallara çox neqativ münasibət göstərirdilər: onların inanclarına görə, insanın ruhu hansısa “xüsusi dünyaya” yox, cənnət və ya cəhənnəmə gedirdi.

Ağlagəlməz interpretasiyalar

1957-ci ildə tarixçi Bonifasi Zilonka (Bonifacy Zielonka) Qərbi Polşada qeyri-adi məzarlıqlar haqqında məqalə dərc etmişdi: üzü torpağa tərəf basdırılan qadınlar və ya başı kəsilmiş kişilər (kəllə sümüyünü ayaqları arasında aşkar edilib). Qazıntılarda iştirak edən işçilərdən biri bunun cadugər qadın olduğunu iddia edib və alim də onu dəstəkləyib. Beləcə dəmir bellə məzarı qazan işçinin iddiası nəticəsində bu şərh elm aləminə asanlıqla daxil olub.

Yalnız 2000-ci ildə arxeoloqlar və tarixçi-mediyevistlərlə birləşərək bu dəfnlərə sosioloji və hüquqi baxımdan, daha dəqiq desək orta əsr mədəniyyətinə xas olan edam alətlərini və ən əsası mətnlərə (cinayətkarlar haqqında yazılan salnamələr) lazımi diqqət ayırmağa başlayıblar. World Archeology jurnalında dərc edilmiş məqalənin müəllifləri X-XIII əsrlərə aid olan dəfnlərin son və mübahisəsiz interpretasiyasını vermirlər, onlar ancaq həmkarlarına və oxuculara insanların nəyə görə məhz bu cür dəfn edilməsi haqqında birgə düşünməyi təklif edirlər.

Təhlükəsizlik qaydaları, buraxılmış səhvlər və cinayətlər

Arxeoloqlar bu dəfn rituallarını 3 qrupa bölürlər: cəsəd üzü üstə, başsız və cəsədin üzərində daşlarla basdırılıb.

Üzü üstə basdırılanlar əsasən etdiyi utandırıcı əməlinə görə, qonşularının gözlərinə baxmağa cürətlər çatmadığından bu formada dəfn ediliblər. Mütəxəssislərin fikrinə görə, bu həm də canını tapşırmış birinin bədnəzərindən qorunmaq üçün bu ritualı vacib sayılırmış.

Arxeoloqların araşdırmalarına görə, belə nəticəyə gəlmək olar ki, başsız və ya bədənsiz aşkar edilən skeletlər cinayətkarlara məxsus olub. Adətən onları belə torpağa tapşırırlarmış. Orta əsrlərdə bu yolla cinayətkarı həm edam edirdilər, həm də onu nümunə kimi digərlərini qorxutmaq üçün bu üsuldan istifadə edirlərmiş. Hətta məzarda ağac payası stratiqrafiyaya əsasən vampirlərlə mübarizədə istifadə edilən alət yox, əhalini qorxutmaq üçün istifadə edilirmiş. Həmin aləti cinayətkarın başına geyindirərək onu təpənin hündür nöqtəsində yerləşən qəbiristanlıqda basdırırlarmış (Volində aşkar edilən məzar, Polşa).

Nəhayət sonuncu ritual – bu ritual əsasən X-XIII əsrlərə aiddir. Belə məzarlıqlarda adətən kəllə sümüyünün yerində və ya bədənin digər hissələrində daş aşkar edilib. Adətən falçılıq və cadugərlikdə ittiham edilən insanlar daşlanırdılar. Bununla bağlı Polşada bir söz deyən olmasa da, Skandinaviya mənbələri bu haqda geniş məqalələr dərc edirlər. Ehtimal edilir ki, bu həm də ölüləri məzarlıqdan buraxmamaq üçün atılan addım olub. Lakin buna baxmayaraq, bu ritualı izah edən digər və daha prozaik bir izah da verilir: daş ölmüş şəxsin çevrilmiş kəlləsinin qərbə “baxmağa” məcbur edirdi (Xristian dəfn adətləri bunu tələb edirdi).


Bizimyol.info

Oxumağa davam et
Reklam
Reklam

Gündəm