“Kristal” qrupu “Əkizlər”lə savaşa çıxdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Kristal” qrupu “Əkizlər”lə savaşa çıxdı - FOTOLAR

“Kristal” qrupu “Əkizlər”lə savaşa çıxdı

Əkizlər kimi tanıdığımız Sevil-Sevinc bacıları ilə Kristal qrupu arasında narazılıq yaranıb.

Publika.Az xəbər verir ki, Sevil-Sevinc bacılarının onları “nömrə bir qrup” adlandırmamaları məsələni daha da böyüdərək qalmaqala çevirib. Əkizlər yaranan qalmaqal haqqında belə deyir:

“Azərbaycanda fəaliyyət göstərən qruplara uğurlar arzu edirik, onlar haqqında heç nə demək istəmirik. Onlar haqqında nə deyiriksə, pislərinə gəlir. Bizim qruplarımız bir-birinə dəstək olmaqdansa, didişirlər.

Biz kimin haqqında fikir söyləyiriksə, hər halda pis danışmırıq, heç kəsin pisliyini düşünmürük. Amma onlar pis qəbul edirlər. Onlar “Siz niyə bizə nömrə bir demirsiz” söyləyirlər.

Mən bunu tək Kristal qrupuna şamil etmirəm. Biz bir-birimizə dəstək olmalıyıq. Hansısa tədbirə bizim, digər tədbirə sizin əliniz çatır. Bizim şou-biznes bunu başa düşmür.

Ay, sən mənim haqqımda niyə belə deyirsən? Adını hallandırıramsa, deməli səndə varsan. Biz efirdə demişdik ki, biz nömrə bir heç kəsi saymırıq.

Sual verdilər ki, onlar birincidir yoxsa siz? Biz də cavab verdik ki, ikimiz də nömrə bir deyilik, heç kəslə də rəqabət aparmırıq. Bizim fəaliyyətimiz başqadır. Ona görə heç kəsin adını çəkmək istəmirik. Yaxşı tərəfə deyirsən, pis tərəfə yozurlar”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm