Motofestivalda həyəcan dolu anlar yaşandı - FOTO
Bizi izləyin

Tabloid.az

Motofestivalda həyəcan dolu anlar yaşandı - FOTO

Qafqazda ilk dəfə olaraq Şəkidə keçirilən Caucasus moto festivalın proqramına uyğun olaraq moto yürüş keçirildi.

Publika.az-ın məlumatına görə, dünyanın bir neçə ölkəsindən gələn baykerlər ilə birlikdə Azərbaycanı da təmsil edən baykerlər 30 km-lik yürüyüşü fəth ediblər.

Şəki şəhərində baş tutan yürüşü izləmək üçün yüzlərlə sakinlər küçələrə axışaraq motosiklet sürənləri alqışlayıblar.

Qeyd edək ki, baykerlər yola çıxmazdan öncə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bütün baykerləri təlimatlandırıb, yol qaydalarını və yürüş planını başa salıb.

17:18:57

Bu gün Şəkidə təşkil edilmiş “Qafqaz Moto Festival”ının ikinci gününə start verilib. Publika.az xəbər verir ki, baykerlər Şəki Olimpiya kompleksinin qarşısında sürət test yürüşü təşkil ediblər. ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevin də yer aldığı test yarışlarına Şəki sakinləri və jurnalistlər də qatılıblar.

Belə ki, möhtəşəm motosikletçilər jurnalistləri və uşaqları sürətli bayklarına mindirərək test-drive (sürət testi) keçiriblər. Bu həyəcanı baykerlərlə birgə yaşayan jurnalistlər bundan sonra hələ bir müddət özlərinə gələ bilmədiklərini desələr də, bəziləri də baykerlərin yaşam tərzinə vurulduqılarını gizlətməyiblər.

Gün ərzində proqrama uyğun olaraq müxtəlif konsert və şou proqramlar bir-birini əvəz edib. Axşam saat 8-də isə yerli və əcnəbi baykerlərin Şəki küçələrində parad yürüşü olacaq.

Xatırladaq ki, Şəkidə təşkil edilən Qafqazın ilk Moto Festivalına ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, İran, Xorvatiya və Böyük Britaniyadan 200-ə yaxın bayker qatılıb.

Qeyd edək ki, Qafqazın ilk Moto Festivalı Harley Davidson, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilir . Dünəndən start verilən festifal sabah yekunlaşacaq.

Publika.az moto test yürüşündən fotoları təqdim edir.

Elçin Murad

























Oxumağa davam et
Reklam
Reklam

Gündəm