Azərbaycanlı model türk aktyordan boşanır
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı model türk aktyordan boşanır

Türkiyədə məşhur olan azərbaycanlı model Günay Musayeva aktyor Tolqa Kareldən boşanır.

Virtualaz.org saytı xəbər verir ki, məşhur cütlük artıq boşanmaq üçün məhkəməyə müraciət ediblər.

“Akşam” qəzetinin yazdığına görə, boşanmanın səbəbi Günay Musayeva ilə əri arasında tez-tez mübahisələrin yaranmasıdır. Onların birgə nikahdan bir oğulları var.

Xəbərə görə, Tolqa Karel boşanmağa hazırlaşdığı üçün İstanbul Bəylərbəyi səmtindəki 225 kvadratmetrlik 3 mərtəbəli evini 1 milyon 240 min türk lirəsinə satışa çıxarıb. O, evin puluna iki ayrı ev almağa, birini G.Musayevaya verməyə, o birində özü yaşamağa hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm