Azərbaycanlı modelin hamiləlik fotoları yayıldı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı modelin hamiləlik fotoları yayıldı – FOTOLAR

Türkiyəli prodüser Kemal Cenk İçtenlə evli olan azərbaycanlı model və aktrisa Minarə Allahverdiyeva yeni fotosessiyasını təqdim edib.

Publika.az-ın məlumatına görə, hamiləliyinin 7-ci ayında olan Minarə yeni şəkillərini “Facebook”da yayımlayıb.

Xatırladaq ki, Minarə Allahverdiyeva ilə Kemal Cenk İçtenin toy mərasimi 2014-cü il fevralın 1-də Bakıdakı restoranlardan birində olub. Minarənin birinci evliliyindən Nərgiz adlı bir qızı, Cenkin isə bir oğlu var.

Yeni doğulacaq körpə cütlüyün ilk övladı olacaq.

M.Allahverdiyeva ikinci övladının da qız olacağını və uşağa Məryəm adını qoyacağını bildirib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm