Vaqif Əsədov: "Sükan arxasında "artistlik" edən şou əhli cərimə ediləcək" - VİDEO
Bizi izləyin

Tabloid.az

Vaqif Əsədov: "Sükan arxasında "artistlik" edən şou əhli cərimə ediləcək" - VİDEO

Vaqif Əsədov: "Sükan arxasında "artistlik" edən şou əhli cərimə ediləcək"

Avtomobil sürərkən sürücünün rahatlığı birbaşa onun məsuliyyətindən asılıdır. Şou-biznes nümayəndələri isə günü-gündən qəza riskini artıracaq addımlar atmağa başlayıblar.

Şou əhli avtomobil idarə edən zaman mobil telefondan istifadə etməsi təhlükəli vəziyyətin yaranmasına gətirib, çıxarır. Belə ki, gələn zənglərə cavab vermək, mesaj yazmaq, mahnı oxuyub, telefonun kamerası ilə video çəkmək, şıllaq atmaq, sonra da sosial şəbəkə də paylaşmaq kimi davranışlar, şou nümayəndələri də daxil olmaqla, sürücün diqqətini yayındırır ki, bu da öz növbəsində qəzayla nəticələnir.

Son zamanlar şou-biznes əhli sırasında yeni bir dəb formalaşıb. Ya bəzi şou nümayəndələr qanundan xəbəri yoxdur, ya da ki, canlarından "bezərək", bu addımı atırlar. “İnstaqram” sosial şəbəkəsində ard-arda sükan arxasında mahnı oxuyub, video çəkən, poza verən şou-biznes nümayəndələri paylaşımlarında qanuna tabe olmayan addımlar atmalarının fərqində deyillər.

Bakı şəhər DYP-nin bölmə rəisi Vaqif Əsədov Publika.Az-a bildirdi ki, bu cür hərəkətlər zamanı inzibati məsuliyyətə cəlb olunurlar. İstər şou-biznes əhli olsun, istərsə də sadə vətəndaşlar, fərq etməz. Hər kəs bu məsuliyyətə cəlb olunmalıdır. Vətəndaş özü məsuliyyətlə yanaşmalıdır. Düşünməlidirlər ki, onların bu addımları yol qəzaları ilə nəticələnə bilər. Bu diqqəti yayındıran bir əməldir.

Əlində mobil telefon saxlamaq və sükan arxasında bundan istifadə edən hər kəs cərimələnir. Cərimə qiyməti qanuna uyğun olaraq, 50 manat təşkil edir. Şou-biznes əhli bu addımlara görə cəzalanıb. Məgər şou əhli toxunulmazdır? Onlar sükan arxasında "artistlik" etdiklərinə görə cərimələnəcəklər"

Beləliklə, sevimli şou əhli bu cür addım atmalı olsa, 50 manat cərimə ödəməli olacaq.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm