Namiq Qaraçuxurlunun prodüseri veriliş açır – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Namiq Qaraçuxurlunun prodüseri veriliş açır – ÖZƏL

Namiq Qaraçuxurlunun prodüseri Ataş indi də özünü telelayihə rəhbəri kimi sınayacaq.

Publika.az-ın məlumatına görə, prodüser özəl telekanalların birində şou-proqram təqdim edəcək. Bunun tam fərqli bir layihə olacağını vəd edən Ataş proqramda şou ilə incəsənətin birləşəcəyini deyir:

“Bu verilişdə milli filmlərimiz, musiqilərimiz barədə söhbət açılacaq. Hər verilişdə bir milli filmimizin saundtreki barədə danışılacaq. Eyni zamanda, korifey sənətkarlarımız Şövkət Ələkbərova, Oqtay Ağayev, Rəşid Behbudov kimi sənətkarlarımızla bugünkü müğənnilərin duetləri ifa olunacaq. Yeni verilişin fərqli bir formatı olacaq”.

Prodüser onu da bildirdi ki, veriliş yaxın günlərdə efirdə təqdim olunacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm