İngilislər azərbaycanlı gəncin eşq hekayəsini ekranlaşdırır
Bizi izləyin

Tabloid.az

İngilislər azərbaycanlı gəncin eşq hekayəsini ekranlaşdırır

Britaniyanın “PeaPie Films” kino şirkəti Məhəmməd Əsəd bəyin (Qurban Səid) “Əli və Nino” əsərini ekranlaşdıracaq.

Publika.az-ın məlumatına görə, müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin çəkilişləri gələn il Azərbaycanda başlayacaq.

Ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, “Oskar” mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır. Azərbaycanlı Əlixan Şirvanşirin rolunu isə aktyor Adam Bakri canlandıracaq. Onun sonuncu işi olan “Ömər” filmi “Ən yaxşı xarici film” nominasiyasında bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

Qeyd edək ki, filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm