Ötən ayın ən yaxşı fotoları
Bizi izləyin

Tabloid.az

Ötən ayın ən yaxşı fotoları

Yayın axrıncı ayı kimi avqust fotoları məxsusi təravəti ilə seçilir.

Publika.az-ın məlumatına görə, burada Yaponiyada 35 dərəcə isti olan bir gündə açıq akvariumda olan belyuqanın insanların üzərinə su çiləməsindən, Madrid səmasında binaların arasında super-ay şəklinə kimi maraqlı anların təsviri var.

Almaniyada inanılmaz ikili göy qurşağı, Ferqusonu hörümçəktoru kimi əhatə edən ildırımlar silsiləsi kimi gözəl və maraqlı şəkillər avqust ayının ən yaxşılarıdır.

Lakin avqust buraxılışının həm tarixçəsi və həmdə məxsusi anı ilə heyrətləndirən ən yaxşı şəkillərindən biri Qahirədə çəkilib. Şəkildə batan günəş sanki Xeops piramidasının ucunda durur. Şəkil Qahirədə yaşayan 35 yaşlı argentinalı Xorke Kano tərəfindən çəkilib. Kano mühəndisdir və Qahirədə 9 mərtəbəli binada yaşayır. Onun dediyinə görə, Qahirəyə gələndə məxsusən piramida görünüşlü ev axtarır.

“Mən professional fotoqraf deyiləm, amma çəkilişlərlə çox maraqlanıram”- deyə Kano bildirib.

Evində yaşayarkən o batan günəşin piramidasın çox çəkib. Lakin o istədiyi anı tutmaq üçün, günəşin ideal şəkildə piramidaya “oturmasını” bir il gözləyib və nəhayət bu ay istəyinə nail olub.

“Mən hesablamalarımı aparıb gözləyirdim (günəşin ideal şəkildə “dayanmasını”). Nəhayət o an gəldi və mən şəkili çəkdim” –deyə mühəndis aydınlıq gətirir.
Maraqlı məqamlardan biri də budur ki, argentinalı mühəndis unikal fotosunu adi “G15” cib kamerası ilə çəkib. /anspress.com/

















































Oxumağa davam et
Reklam
Reklam

Gündəm