Nura Suri gənc həmkarından nələr dedi?
Bizi izləyin

Tabloid.az

Nura Suri gənc həmkarından nələr dedi?

Müğənni Nura Suri gənc həmkarına dəstək oldu.

Bu barədə Publika.az-a danışan ifaçı “Azərbaycanın Səsi” layihəsinin ən uğurlu simalarından olan Ayla Şiriyevanın gələcək fəaliyyətini yüksək qiymətləndirir və onun həmkarlar üçün kifayət qədər ciddi rəqib olduğunu deyir: “Son 3 ildə izlədiyim yarışmaların ən unudulmaz iştirakçısı məhz Ayladır. 15 yaşlı bu qızın səhnə davranışı, səsi, istedadı məni sözün əsl mənasında mat qoyub. Fikrimcə, Ayla bundan sonra bizi ciddi yarışmalarda təmsil edə bilər. Bütün münsiflər onu dəstəkləyir və bu xanımın artıq hazır ifaçı olduğunu qeyd edir. Əslində, bu açıqlamanı verməyimə səbəb sözünü demiş həmkarlarıma səslənmək istəyimdir. Ayla kimi gənclərə dəstək olmaq lazımdır. Bu cür ifaçılar zamanı gəlincə Azərbaycanı dünyada layiqincə təmsil edə biləcəklər”.

Nura onu da qeyd etdi ki, “Azərbaycanın Səsi” layihəsi ölkəmizdə yarışmalara olan münasibəti də dəyişib: “Uzun illərdir biz musiqi yarışmalarından şikayət edirik. Ancaq məncə, etiraf etmək lazımdır ki, adıçəkilən layihə bütün stereotipləri qıra bildi. Onu da qeyd edim ki, bizim elə ən uğurlu ifaçılarımız zamanında müxtəlif müsabiqələrdən çıxıb, səhnəyə gəliblər. Yaxşı yarışmalar istedadlı insana yalnız müsbət təsir edə bilər”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm