Azərbaycanlı rəssamın Dubay sərgüzəşti
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı rəssamın Dubay sərgüzəşti

Sentyabrın 16-dan noyabrın 30-dək Dubayın “Cuadro Gallery” qalereyasında gənc azərbaycanlı rəssam Faiq Əhmədin sərgisi keçiriləcək.

Publika.az-ın xəbərinə görə, gənc rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu, 52-ci Venesiya Biennalesinin, Paris, London, Berlin, Moskva və Dubayda keçirilən beynəlxalq sərgi və festivalların iştirakçısıdır.

Faiq Əhmədin işləri incəsənət tənqidçilərinin rəğbətini qazanıb, onun xalçalarından biri bu yaxınlarda Londonda “Sothebys” hərracına çıxarılıb.

Rəssam həmçinin Viktoriya və Albert muzeyinin “Jameel Prize” mükafatına nominantdır.
Mükafat Viktoriya və Albert muzeyi tərəfindən müsəlman ənənəsində çalışan rəssam və dizaynerlərə təqdim edilir. Cari ilin sonunda muzeydə “Jameel Prize” mükafatının qalibinin elan olunacağı sərgi açılacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm