Boynu tərs doğuldu - VİDEO
Bizi izləyin

Tabloid.az

Boynu tərs doğuldu - VİDEO

Braziliyalı Klaudio Vieira de Oliveira onu görən hər kəsi heyrətə salır. Doğuşdan oynaq narahatlığı səbəbiylə boynu tərs şəkildə dünyaya gələn gənc bir çox insana ilham qaynağı olur.

Tibbdə "konjenital arthogryposis" olaraq bilinən xəstəliklə dünyaya gələn 37 yaşındakı Klaudio Vieira de Oliveiranın başı arxaya sallanan şəkildə dayanır.

Publika.az xəbər verir ki, həkimlər qıçları, qolları və əlləri deformasiya olmuş şəkildə dünyaya gələn, nəfəs almaqda çətinlik çəkən Oliveiranın yaşamasının qeyri-mümkün olduğunu söyləmişdi. Lakin o, möcüzəvi bir şəkildə həyatda qalmağı bacardı.

Klaudio, 8 yaşına gələndə dizlərinin üzərində getməyə başladı. Məktəbə getmək üçün təkid etdikdə ailəsi onu məktəbə də göndərdi. İndi mühasibat məzunu olan Klaudio, ağzına aldığı qələmlə kompüter istifadə edə bilir.

Bir çox ehtiyacını öz yerinə yetirən Klaudio, mahnı oxuyub rəqs belə edə bilir. /Bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm