Leyla Əliyeva: “Mən səni görmək üçün yuxu nədir – tapmıram...”
Bizi izləyin

Tabloid.az

Leyla Əliyeva: “Mən səni görmək üçün yuxu nədir – tapmıram...”

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.

“Ömür” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Жизнь)

Bax, ömrüm ötüb keçir,
Velosiped belində.
Dayan, məni də gözlə -
Ömrüm-günüm, axı mən
Cavabdehəm tək sənə?!.
Dayan, bir əyləci bas,
De, hara şütüyürsən?
Külək, ona sinə gər,
Bəlkə yavaşıdasan...

Bax, ömrüm ötüb keçir
Gödəkçədə, çəkmədə...
Sanki bir qəhrəmandır –
Rəssamın ağ lövhədə
qara rənglə çəkdiyi
o gözəlim əsərdə...
Ömrüm, dayan, bəri bax,
Ani olsa da belə...
Gündoğandan əriyən,
VAXTı əbədi elə...

Qürub çağını uzat
Uzat, sonsuza qədər.
Həyatım, məni gözlə
Ömrüm ötməsin hədər...
Yuxularda gəlirsən –
Mən səni görmək üçün.
Yuxu nədi – tapmıram...
qucub xəyallarını
gözü açıq qalıram...

Həyatım, səninləyəm,
Tək-tənha olanda da.
O sirli, o atəşli
iti baxışlarınla
məni ovudanda da...
Sən... təbiət kimisən –
hər fəslin yerindədir...
sirdaşlıq örnəyisən,
gözəllik... qəlbindədir..!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm