Azərbaycanlı aktrisa Türkiyənin yeni serialında - ÖZƏL- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktrisa Türkiyənin yeni serialında - ÖZƏL- FOTOLAR

Azərbaycanın tanınmış aktrisası Məlahət Abbasova Türkiyədə yeni seriala çəkilir. "Emanet" adlanan serialda aktrisamız Perihan rolunu oynayır. Serial bu gündən etibarən FOX TV-də yayımlanır. Aktrisa yeni işi barədə Publika.az-a özəl açıqlamasında bunları deyib:

"Serialın rejissoru Türkiyənin ən tanınmış kino və serial rejissorlarından olan Nisan Akmandır. Bu həm də mənim "GOLD YAPIM" şirkəti ilə ilk əməkdaşlığımdır".

Qeyd edək ki, Məlahət Abbasova buna qədər Türkiyədə “Sürəyya”, “Hüzün çiçəyi”, “Həyatın içindən”, “Köpək”, “Min bir gecə” seriallarında rol alıb.

İntiqam Valehoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm