Bakıya kinoçəkənlər gəlir – FOTO
Bizi izləyin

Tabloid.az

Bakıya kinoçəkənlər gəlir – FOTO

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası Azərbaycan kinematoqrafçıları ilə Avropa kino istehsalının aparıcı mütəxəssisləri arasında peşəkar görüş keçiriləcəyini elan edib.

Kinostudiyadan Publika.az-a verilən məlumata görə, “Xəzər 2014” proqramı adlanan görüş sentyabrın 30-dan oktyabrın 1-dək Nizami Kino Mərkəzində reallaşacaq.

Görüşün təlimatçıları Karlovı Varı Beynəlxalq Film Festivalının bədii direktoru Karel Och (Çexiya), prodüser Guillaume de Seille (Fransa), ssenarist, ssenari məsləhətçisi Roelof Jan Minneboodur (Niderland).

Proqramda “Azərbaycan filmlərinin avropalı əməkdaşlarla birgə hazırlanması və koprodakşn” və “Festival və marketinq strategiyası” mövzuları ətrafında söhbət aparılacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm