Ledi Qaqa ərəblərin qəzəbinə tuş gəldi – VİDEO
Bizi izləyin

Tabloid.az

Ledi Qaqa ərəblərin qəzəbinə tuş gəldi – VİDEO

Əsl adı Coan Stefani Cermanotta olan Ledi Qaqa hər zaman qalmaqallı müğənni olaraq qalır. O, bu ay İsraildə konsert proqramı ilə çıxış edəcək.

Ledi Qaqa israilli pərəstişkarlarına müraciətlə “Şalom, İsrail” adlı 10 saniyəlik videoçarx hazırlatdırıb. Videoda o, Təl-Əvivdə verəcəyi konsertlə bağlı sevincini ifadə edib.

Videonu 20 min insan izləyib. Lakin qalmaqallı müğənninin videoçarxı onun ərəb pərəstişkarlarının heç də xoşuna gəlməyib. Onlar videonu “iyrənc, məkrli və təhqiredici” adlandırıblar.

Konsert isə planlaşdırıldığı kimi, sentyabrın 13-də A-Yarkon parkında keçiriləcək. Biletlərin qiyməti yerdən asılı olaraq 11- 415 dollar civarındadır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm