Mətbəx sirləri: marinə edilmiş qırmızı soğan - FOTO
Bizi izləyin

Tabloid.az

Mətbəx sirləri: marinə edilmiş qırmızı soğan - FOTO

Publika.az povar.ru-ya istinadən marinə edilmiş qırmızı soğanın hazırlanma qaydasını təqdim edir.

Marinə edilmiş qırmızı soğan asan hazırlanır. İsti yeməklər üçün əla qarnirdir. Onu həmçinin salat və buterbrodlara da əlavə etmək olur.

Ancaq marinə edlmiş qırmızı soğanı qışa saxlamaq olmaz. Yaxşı olar ki, onu 2 gün ərzində yeyib bitirəsiniz. Qırmızı soğanı sarımsaq sirkəsində də marinə etmək olar, bu halda onu marinadda 30 dəqiqə saxlayın.

Tərkibi (5-6 pay):

1 baş qırmızı soğan
100 ml üzüm sirkəsi
100 ml qaynar su (suyu qızdırın, amma qaynatmayın)
1 diş sarımsaq
1 ç.q. şəkər tozu
0,5 ç.q. duz

Soğanı yarımhalqa doğrayın, halqaları ayırın.



Sarımsağı doğrayın.



Sarımsaq və soğana şəkər tozu və duz əlavə edin.



Üzərinə sirkə və su tökün.



Qarışdırın. 1 saat marinadda saxlayın.



Marinadı cunadan süzün.



Soğanı bankaya yığın. Marinadı əlavə edin. Dərhal süfrəyə verə bilərsiniz.



Nuş olsun!
Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm