Zaur hamını ora çağırdı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Zaur hamını ora çağırdı – FOTOLAR

ATV-nin aparıcısı Zaur Baxşəliyev Tiflisdə istirahət edərkən çəkdirdiyi fotoları paylaşıb.

Publika.az-ın məlumatına görə, aparıcı bu dəfə getdiyi ölkədə yolunu daha çox mədəniyyət mərkəzlərindən saldığını deyir. Tiflisin tarixi yerlərini gəzən Zaur yolunu Azərbaycanın böyük dramaturqu Mirzə Fətəli Axundovun ev muzeyindən də salıb.

Yenicə təmirdən çıxmış muzeydə çəkdirdiyi fotoların altından isə bu sözləri yazıb: “Qeyri mullətlərin Azərbaycan dilimə olan sevgi və sayqıları, dilimizin zənginliyinə olan heyranlıqları hələ əsrlər öncə olub. Bu yazı Mirzə Fətəli Axundzadənin Tiflisdə yerləşən yeni təmirdən çıxmış ev muzeyindəndir”.

Aparıcı dramaturqun şəxsi əşyalarının yanında dayanaraq fotolar da çəkdirib: “Dahi dramaturqumuzun şəxsi yazı masası və əlyazması. Tiflisdən Batuma gedəndə əlüstü bura dəymək olar, tariximizi unutmayaq”.

Publika.az həmin fotoları təqdim edir:

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm