Həmidə Ömərova: “Bu dərd onu yıxacaq”
Bizi izləyin

Tabloid.az

Həmidə Ömərova: “Bu dərd onu yıxacaq”

Xalq artisti Həmidə Ömərova yaxın rəfiqəsi, sənət dostu Nuriyyə Əhmədovanın oğlunun vaxtsız itkisindən şok yaşadığını deyib.

Publika.az-a göz yaşları içərisində danışan aktrisa xəbərin onun üçün gözlənilməz olduğunu bildirib: “Nuriyyə ilə tez-tez əlaqə saxlayırdım, bilirsiniz axı, səhhətində problemlər yaşayırdı. Ağlıma da gəlməzdi ki, dərdinin üstünə bir dərd də gələr. Rəfiqəm zəng elədi ki, bəs Nuriyyənin oğlu rəhmətə gedib. Düzdür, xəstə idi, eyni zamanda çətinlikləri çox idi, amma qəfil ölüm hamımız üçün gözlənilməz oldu. Əlinin dərdi Nuriyyəni yıxacaq”.

Nuriyyə Əhmədovanın həyat şəraitinin olduqca ağır olduğunu, yaşamağa yerinin belə olmadığını deyən Həmidə Ömərova rəfiqəsinin həyatının acılar içində keçdiyini dilə gətirdi.

Qeyd edək ki, Nuriyyə Əhmədova ikinci dəfədir ki, övlad itkisi yaşayır. Xalq artistinin yeganə qızı illər öncə gənc yaşında faciəli şəkildə dünyasını dəyişmiş – həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Nuriyyə xanım qızının ölümündən sonra həyatının mənasının itdiyini deyirdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm