İlqar Mikayıloğlu: ”Məni iş yox, sınan qolum maraqlandırır”
Bizi izləyin

Tabloid.az

İlqar Mikayıloğlu: ”Məni iş yox, sınan qolum maraqlandırır”

“Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu ANS-dən ayrılıb. Bu barədə Publika.az-a danışan aparıcı işdən çıxmaq xəbərini təsdiqləyib.

İlqar Mikayıloğlu hələlik heç bir televiziyaya getməyəcəyini deyib. Onun sözlərinə görə, əsas məqsədi sınan qolunun müalicəsi ilə məşğul olmaqdır. Xatırladaq ki, İlqar Mikayıloğlu “Günəbaxan” verilişinin anons çəkilişləri zamanı yıxılaraq qolunu sındırmışdı.

Qeyd edək ki, İlqar Mikayıloğlu 22 ildir ki, ANS telekanalında çalışırdı. O, hərbi verilişlərin müəllifi, İç Xəbərin aparıcısı və idman şərhçisi kimi çalışıb. Son illərdə isə o, “Günəbaxan” verilişinin aparıcısı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm