Rəqqasə su pərisinə döndü – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Rəqqasə su pərisinə döndü – FOTOLAR

Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” adlı müsabiqəsində iştirak edən Oksana yenilikləri ilə yenə şou-biznesin gündəmindədir.

Publika.az-ın məlumatına görə, rəqqasə yeni obrazda çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb.

Oksana şounun bu həftə yayımlanacaq buraxılışında “su pərisi” obrazını canlandıracağını bildirib: “Mənə ürək-dirək verən dostlarım, çox sağ olun. Bu gün çəkilişlər baş tutdu. Mənim budəfəki səhnə rolum "dəniz pərisi" oldu. Yeni süjet çox maraqlı olacaq, qaçırmayın. Qonaqlarımız Deepika Podukone və Boney Kapurun birinci evliliyindən olan oğlu Arjun Kapur idi. Aktyorluq müəllimim əla olduğumu desə də, münsiflər heyətinin xoşuna gəlmədim”.

Qeyd edək ki, şou Hindistanın ən məşhur kanalı olan ZEE TV-də hər həftənin şənbə və bazar günü yayımlanır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm