Nurlan Əzizbəyli hamını aldadıb?
Bizi izləyin

Tabloid.az

Nurlan Əzizbəyli hamını aldadıb?

Müğənni Nurlan Əzizbəylinin zəhərlənməyi ilə bağlı xəbərlər yayılsa da, hələlik onun hansı xəstəxanaya yerləşdirildiyi haqda dəqiq informasiya verilmir.

Sənətçinin xanımı Nərmin Əzizbəyli də evdə qonaqlarının olduğunu əsas gətirərək, səhiyyə ocağının adını Publika.az-a açıqlamaqdan imtina edib. Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bu ad soyadda xəstə qəbul etmədiklərini bildirib:

“Ola bilsin ki, hansısa özəl klinikaya yerləşdirilsin. Amma zəhərlənmələrlə bağlı, adətən, bizə müraciət olunur”. Maraqlıdır ki, dünəndən Əzizbəylinin zəhərləndiyi və xəstəxanaya yerləşdiyi ilə bağlı məlumatlar dərc olunsa da, heç kim konkret ünvan göstərmir. Hər halda, bunun sənətçinin piarı üçün atılan addım olduğu istisna deyil.

İntiqam Valehoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm