Bu ay Şəkidə, oktyabrda Gürcüstanda “Müharibə” olacaq
Bizi izləyin

Tabloid.az

Bu ay Şəkidə, oktyabrda Gürcüstanda “Müharibə” olacaq

Gənc Tamaşaçılar Teatrı (GTT) səfərə hazırlaşır.

Teatrın baş rejissoru Bəhram Osmanov Publika.az-a bildirib ki, GTT sentyabrın 10-da Şəkidə keçiriləcək teatr festivalına hazırlaşır.

Oktyabrın 5-də isə kollektiv Gürcüstana yollanacaq: “Hər iki festivalda İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında hazırladığımız eyniadlı tamaşanı nümayiş etdirəcəyik.

Tiflisdəki festivalda İngiltərə, Amerika, Fransa Yaponiya, Türkiyə, Almaniya kimi ölkələr təmsil olunacaq. Bu həm də böyük bir teatr forumu xarakteri daşıyır”.

Qeyd edək ki, Tiflisdə keçiriləcək teatr festivalı oktyabrın 20-də yekunlaşacaq.

İntiqam Valehoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm