İlhamə cərrahi əməliyyat olundu? – FOTO
Bizi izləyin

Tabloid.az

İlhamə cərrahi əməliyyat olundu? – FOTO

Müğənni İlhamə Qasımova son günlər çəkisinin artdığından narahatdır.

Publika.az-ın məlumatına görə, sənətçi doğulub boya-başa çatdığı Lənkəranda kilo aldığını deyir: “Yayboyu dincəlmişəm. Əvvəlcə İspaniyaya getdim və müxtəlif şəhərləri gəzdim. Orda çəkim artmadı, amma Lənkərana ailəmin yanına gedəndə kökəldim. Orada süfrədən kənarda oturmaq mümkün deyildi. Yemək istəmədiyimi deyəndə də hamı məndən inciyirdi. Bir neçə gündür ki, şəhərə qayıtmışam, amma hələ də yeməkdən əl çəkə bilmirəm”.

Deyilənə görə, müğənni bir neçə il bundan öncə cərrahi əməliyyat üsulu ilə arıqlayıbmış. İlhamə haqqında gəzən şayiəyə də aydınlıq gətirdi. “Mən bədənimdə cərrahi əməliyyat aparılan qıza oxşayıram heç”, - deyə sual edən müğənni onu da bildirdi ki, əsasən idmanla arıqlayıb. Amma heç vaxt yeməyindən də qalmır: “Mədəmi xəstə edə bilmərəm, lazımi qədər yeyirəm. Amma idmanla arıqlayıram”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm