Fermada baş verənlər efirə çıxarılacaq – FOTO
Bizi izləyin

Tabloid.az

Fermada baş verənlər efirə çıxarılacaq – FOTO

Yaxın günlərdə Regional TV-də yeni realiti-şou təqdim olunacaq. Publika.az-ın məlumatına görə, “Ferma” adlanacaq realiti-şounun çəkilişləri Şəkinin kəndlərindən birində aparılacaq. 6 qız və 6 oğlandan ibarət 12 nəfər oyunun şərtlərinə əsasən, kənddə yaşayacaqlar.

Seçilən iştirakçıların heç biri kənddə olmasalar da, yarışma zamanı inək sağmağı, qoyun-quzu otarmağı, ağac əkməyi və digər kənd təsərrüfatı işlərini görməyi öyrənəcəklər. Realiti-şounun çəkilişləri günün 24 saatı aparılacaq, iştirakçıların görüntüləri və danışıqları qeydə alınacaq.

Realiti-şounun ssenari müəllifləri qərara gəliblər ki, iştirakçıların çətin işini daha da qəlizləşdirsinlər. Belə ki, iştirakçılar davamlı olaraq hər dəfə müxtəlif tapşırıqlar alacaqlar. Tapşırığı yerinə yetirən şəxs növbəti mərhələyə keçəcək və şouda iştirakını davam etdirəcək. Oyunu sonadək başa vuran iştirakçıya isə 10 min manat mükafat veriləcək.

Qeyd edək ki, layihə 2 ay davam edəcək və həftə içi hər gün saat 21:00-də nümayiş olunacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm