Nurlan Əzizbəylidən xəbərimizə REAKSİYA
Bizi izləyin

Tabloid.az

Nurlan Əzizbəylidən xəbərimizə REAKSİYA

Müğənni Nurlan Əzizbəyli saytımızda barəsində gedən xəbərə münasibət bildirib.

Sənətçi əməkdaşımızla əlaqə saxlayaraq deyib ki, doğrudan da, əməliyyat olunub və hazırda vəziyyəti stabildir: "Doğrudan da, əməliyyat olunmuşam. Bir az da geciksəydim, hər şey ola bilərdi. Düşündüyünüz kimi, bu xəbəri özümü piar etmək üçün yaymamışam. Dünəndən çox insanlar mənə görə narahatdır. Məni sevənlərə demək istəyirəm ki, hər şey yaxşıdır. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm”.

Sənətçinin sözlərinə görə, yaxın üç gün ərzində adi həyat rejiminə qayıdacaq və işlərini davam etdirəcək.

İntiqam Valehoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm