• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Avstraliya “Qəraib dənizinin quldurları”nı alır

Avstraliya “Qəraib dənizinin quldurları”nı alır

Avstraliya hökuməti “Qəraib dənizinin quldurları” (5) filminin çəkilişlərinin öz ölkəsinin ərazisində keçirilməsi üçün Disney studiyasına 20 milyon dollar ödəməyə razılıq verib.

Axar.az xəbər verir ki, bu barədə Avstraliya Mədəniyyət naziri Corc Brandis jurnalistlərə açıqlamasında bildirib.

Təqdim olunan məbləğ Disneyin tələbatlarını tam ödəmir. Ancaq Avstraliya hökuməti ümid edir ki, ştatların administrasiyası da layihəni dəstəkləyəcək və filmin öz ərazilərində çəklişi üçün əlavə pul vəsaiti ayıracaq.

Disney şirkəti, ehtimal ki, filmin çəkilişi üçün başqa yerlərə də baxacaq, təbii, suda iri miqyaslı çəkilişlərə imkan verə biləcək yerlərə... Misalçün, Meksikaya... Məlumdur ki, Hollivudun kino xadimləri əvvəllər Avstraliyada müntəzəm işləyirdilər, ancaq valyuta kursunun oynaması və digər bəzi maliyyə çətinlikləri filmmeykerlərin axınını nisbətən yavaşıtdı...

Qeyd edək ki, bundan öncə Avstraliya hökuməti Disneyin digər bir layihəsini – “Su altında iyirmi min lyö” filmini mailiyyələşdirməyə söz vermişdi. Lakin rejissor Devid Finçer filmin quruluşu üzərində işləməkdən imtina etdiyi üçün çəkilişlər donduruldu.

Gözlənildiyinə görə, “Qəraib dənizinin quldurları” filminin beşinci hissəsinin istehsalı 2015-ci ilin əvvəllərində başlayacaq. Hazır lentin buraxılış tarixi isə 2017-ci ilə planlaşdırılıb. Filmin “qaralama” adı “Ölülər nağıl söyləmir” adlanır.

Xatırladaq ki, “Qəraib dənizinin quldurları” seriyasından olan ilk film -“Qara mirvari”nin lənətləri” 2003-cü ildə ekranlara çıxıb və 654 milyon dollar toplayıb. Üç il sonra yaranan ikinci hissənin gəlirləri isə artıq milyarddan çox idi. Üçüncü film 2007-də ekranlara çıxdı və yenə də ən gəlirli əsərlərdən biri oldu. Əvvəlcə trilogiya ilə kifayətlənməyi planlaşdıran Disney şirkəti 2011-ci ildə dördüncü filmi də istehsal etdi. İndi isə beşincisi hazırlanır...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR