• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Eynşteynin oğurlanmış beyni

Eynşteynin oğurlanmış beyni

Dünya şöhrətli alim Albert Eynşteynin beyni təxminən 60 il qabaq oğurlanıb.

Nisbilik nəzəriyyəsinin banisi Eynşteyn 1955-ci il aprelin 18-də ABŞ-da, Princeton hospitalında vəfat edəndən sonra meyiti xəstəxananın morquna yerləşdirilmişdi.

Onun meyitini pataloqoanatom Thomas Harvey yarmış və beynini oğurlayaraq gizləmişdi… Eynşteyn xəstəxanada cəmi bir gün yatmışdı. 76 yaşlı alimə daxili qanaxma diaqnozu qoyulmuş, amma o, cərrahiyyə əməliyyatından imtina etmişdi.

“Mən bu dünyadan özüm istəyəndə köçmək istəyirəm. Həyatı süni şəkildə uzatmaq mənasız işdir. Artıq getmək vaxtıdır və mən layiqli şəkildə getmək istəyirəm” – demişdi o.

Vəziyyəti ağır olsa da, yəhudi əsilli alim xəstəxanada, İsrail dövlətinin 17 illiyi ilə bağlı televiziya çıxışının mətni üzərində işləməyə davam etmiş, amma bu işi bitirə bilməmişdi… ertəsi günün səhəri vəfat etmişdi.

x

Albert Einstein

Albert Eynşteyn

Eynşteynin özü nə beyninin, nə də başqa orqanlarının öyrənilməsini istəyirdi – ona büt kimi sitayiş edilməsinin əleyhinə idi. Hətta vəsiyyət etmişdi ki, meyiti yandırılıb külü gizli saxlanacaq yerə səpilsin, bununla da heyranlarının haranısa ziyarətgaha çevirməsi mümkünsüz olsun.

Amma Harvey alimin beynini ailəsinin icazəsi olmadan götürür. Məsələ bir neçə gün sonra bilinəndə o, alimin oğlu Hans Albertlə söhbət edib ondan beynin elmi tədqiqata cəlb edilməsinə razılıq almağa çalışır. Hans Albert həvəssiz də olsa razılıq verir…

Tezliklə Harvey Princeton hospitalındakı işini itirir. O, beyni 240 yerə bölüb özüylə Philadelphia-ya aparır, iki bankaya – xüsusi kimyəvi məhlula yerləşdirib zirzəmisində saxlayır.

Harveyin arvadı beyni evdə saxlamağın əleyhinə idi və ərini bankaları beyin parçaları ilə birlikdə zibilə tullayacağı ilə hədələyir.

Bundan sonra Harvey Eynşteynin beynini Kansas-a aparır – işlədiyi laboratoriyaya. Bankaları kağız qutuya yerləşdirib soyuducuda saxlayır. Boş vaxtlarında onu tədqiq etməyə çalışır.

Albert Einstein-ə Amerika vətəndaşlığı verilir, 1940

Albert Einstein-ə Amerika vətəndaşlığı verilir, 1940

1985-ci ildə Harvey və onunla əməkdaşlıq edən bir qrup alim Einstein-in beyni haqda öz tədqiqatlarını çap etdirirlər. Bundan sonra başqa alimlər də beyni tədqiq etmək imkanı qazanır. Onlar bildirirlər ki, Einstein-in beynində neyroqlial hüceyrələrin sayı adi insandan xeyli artıqdır. İddia edirlər ki, Einstein-in beynində riyazi hesablama və məkanla bağlı informasiyaların emalına cavabdeh olan hissə daha böyükdür və s.

Amma bu tədqiqatlara şübhə edənlər də olur. Məsələn, Pace Universitetindən professor Terence Hines deyir ki, əvvəla “adi insandan daha çoxdur” deyəndə nəzərdə tutulan qrup mübahisəlidir. Çünki Harley müqayisə üçün cəmi 11 nəfərin beynini götürüb, onların da çoxunun sahiblərinin yaşı öləndə Einstein-dən az imiş. Özü də bunlar yenicə ölmüş adamların beyinləri idi. Einstein-in beyni isə illər uzunu bankada, sonra da soyuducuda saxlanmışdı. Üstəlik də neyroqlial hüceyrələrin sayılması mürəkkəb və subyektiv bir işdir.

İndiyəcən də bu mübahisə mövzusudur ki, doğrudan da böyük alimin beyninin bəzi hissələri qeyri-adiliyi ilə seçilib, yoxsa bu, sadəcə, bir orta səviyyəli həkimin (Harvey 7 il qabaq vəfat edib) onun adından sui-istifadə edib şöhrətlənmək istəyi olub…

2010-cu ildə varisləri Harvey-ə məxsus bəzi əşyaları, o cümlədən Einstein-in beyninin qalıqlarını və beynin bütöv halda şəkillərini ABŞ-ın Sağlamlıq və Tibb Muzeyinə bağışlayıblar.

azadlıq.org

Xəbər lenti

DAHA ÇOX XƏBƏR