• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanlı müğənni oğurluqda ittiham olunur - FOTOLAR

Azərbaycanlı müğənni oğurluqda ittiham olunur - FOTOLAR

Son zamanlar qalmaqallı açıqlamaları ilə diqqət çəkən populyar gənc müğənni Fidan Süleymanova həmkarı Nuri Sərinləndiricini oğurluqda ittiham edib.

F.Süleymanova Publika.az-a açıqlamasında bildirib ki, 2007-ci ildə oxuduğu "Sərxoş" mahnısının mövzusu N.Sərinləndirici tərəfindən oğurlanıb: "2013-cü ildə ifa etdiyim "Bu gecə" mahnısının isə həm melodiyasını, həm də mövzusunu oğurlayıb.

Ümumiyyətlə, həmin mahnımdan sonra çox müğənnilər bu mövzuya müraciət etdilər. Nuri isə nəinki mövzunu, həmçinin də həmin mahnımın sözlərindən bəzi hissələri mənimsəyib. Görmüşük ki, müxtləif millətlər bir-birinin mahnısını oğurlayır.

Amma özümüzün bir-birimizdən oğurluq etməyimiz yaxşı hal deyil". Nuri Sərinləndiricinin də mövqeyini dərc etməyə hazırıq.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR