• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Alim Qasımov toyda meyxana deyib?

Alim Qasımov toyda meyxana deyib?

Meyxanaçı Namiq Qaraçuxurlu muğam ifaçısı Alim Qasımov haqqında danışıb.

Publika.Az xəbər verir ki, Alim Qasımovun zamanında Şamaxı toylarında meyxana dediyini qeyd edən meyxanaçı, sənətkarı belə müşahidə edir:

“Sənətimiz, sənətdə olan pilləmiz ayrı olsa da, yaradıcılıq taleyimi çox bənzədirəm. Bildiyim qədər Alim Qasımov yeniyetmə dövründə Şamaxıda bir çox toylarda meyxana deyib.

Muğam sənətində etdiyi yeniliklər marağa, eyni zamanda böyük tənqidlərə səbəb olub.

O, bu yenilikləri sayəsində muğamımızı bir çox ölkələrdə sevdirib. Böyük sənətkar zaman-zaman tədbirlərdə klassik muğam ifa edərək, hər kəsə izah edib ki, mən bunu bacarıram, lakin uğurlarımızı boln etmək üçün içimdən gələn yeniliklərə ehtiyac var”.

Elvin Elxan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR