Yol polisi Rəqsanəni cəzalandırdı
Bizi izləyin

Tabloid.az

Yol polisi Rəqsanəni cəzalandırdı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov müğənni Rəqsanə İsmayılovanın qızı haqqında yeni açıqlama verib.

“Günəbaxan” verilişinə qonaq olan V.Əsədov gənc qızın məlum açıqlamasını yol polisinin fəaliyyətinə zərbə vurmaq kimi qiymətləndirməyib:

"Mənim əlimdə Aysun İsmayılova ilə bağlı bir sübut yoxdur ki, ona cəza kəsim. Xanımın bu ifadələri yol polisinin fəaliyyətinə zərbə vurmaq deyil. Biz bunu kiçik yaşlı qızın anası ilə öyünməsi halı kimi qiymətləndiririk. Bu cür səhvlərin bir də təkrarlanmayacağına inanırıq”. /Axşam.az

DYP rəsmisi həmçinin bildirib ki, R.İsmayılova son vaxtlar bəzi yol hərəkət qaydalarında pozuntulara yol verib:

" Buna görə də onun sürücülük vəsiqəsi məhdudlaşdırılıb”.

Xatırladaq ki, bir müddət öncə müğənninin qızı "Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar” sözlərini demişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm