Harvard Universitetinin tarixində bir ilk
Bizi izləyin

Tabloid.az

Harvard Universitetinin tarixində bir ilk

Harvard Universiteti öz tarixində ən böyük - 350 milyon dollar yardımı qəbul edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Məlumatda Morninqsayd (Morningside) fondu tərəfindən bağışlanan ianənin universitetin səhiyyə fakültəsinə yönələcəyi bildirilir. Fakültətin dekanı Culio Frenk xüsusi ianənin aşağıdakı sahələrdə tədqiqat fəaliyyətini dəstəkləmək üçün istifadə olunacağını qeyd edib: pandemiya (malyariya və Eboladan piylənmə və xərçəngə kimi); sağlamlıq üçün ekoloji təhlükələr; yoxsulluq və humanitar böhran üçün.

Qeyd edək ki, Morninqsayd fondunun əsası 1996-cı ildə Ronni və Herald Çan tərəfindən qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm