Arif Babayev “tələbəsi” Maral Tahirqızıdan danışdı - AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Arif Babayev “tələbəsi” Maral Tahirqızıdan danışdı - AÇIQLAMA

Tanınmış muğam ustadı, Xalq artisti Arif Babayev son vaxtlar sosial şəbəkələrin və mətbuatın gündəmində olan müğənni Maral Tahirqızıdan danışıb.

Qeyd edək ki, M.Tahirqızı sosial şəbəkədəki paylaşımlarında Arif Babayevin tələbəsi olmaqla yanaşı, dünyada ən geniş səs diapazonuna malik olduğunu bildirmişdi. Arif Babayev isə Publika.az-a açıqlamasında belə bir tələbəsinin olmadığını söyləyib: “Mənim elə bir tələbəm olmayıb. Amma o qadın xatirimdədir. O vaxt hərdənbir mənim sinfimə gəlib-gedirdi. Lakin dediyim kimi, tələbəm deyil”.

Sənətkar M.Tahirqızının “ən geniş səs diapazonuna malik olmağı” barədə fikirlərini isə təbəssümlə qarşılayıb: “Hərə bir söz deyir. O da belə deyir də. Heç nə olmaz”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm