Azərbaycanlı bəstəkar Türkiyədə mükafat aldı
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı bəstəkar Türkiyədə mükafat aldı

Azərbaycanın məşhur bəstəkar Sevinc Tofiqqızı Türkiyədə “Türk Dünyası Hizmet Ödülü” mükafata layiq görülüb.

Publika.az-ın məlumatına görə, bəstəkar paytaxtı Ankarada olan Kərkük Mədəniyyət Dərnəyinin qonağı olub. Bu çərçivədə Sevinc Tofiqqızı Türkiyə, Kərkük və Türk dünyası mədəniyyət, sənət və musiqisinə vermiş olduğu xidmətlərinə görə, Kərkük Mədəniyyət Dərnəyi tərəfində "Türk Dünyası Xidmət Mükafatı" ilə təltif edilib.

Qeyd edək ki, ödül törəni Ankara Etimesgut Bələdiyyəsinin hər il təşkil etdiyi Beynəlxalq Anadolu günləri Mədəniyyət və İncəsənət Festivalında İraq Türkmən gecəsi və Türkiyə Sənətçi Mustafa Yıldız Doğanın Konserti zamanı reallaşıb.

S.Tofiqqızına mükafatı Kərkük Mədəniyyət Dərnəyinin Başçısı Dr. Şəmsəddin Küzeci təqdim edib. Mərasimdə Etimesgut Bələdiyyə Başçısı Enver Demirel və həyat yoldaşı İlknur Dəmirəl, Türkmeneli Mədəniyyət Mərkəzi Başçısı Dr. Mustafa Ziya məşhur aparıcı Vətən Şaşamazda iştirak ediblər.

Onu da deyək ki, bəstəkar Sevinc Tofiqqızı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycan səfirliyinin mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyi ilə Türkiyəyə yola düşüb.

Məlumat üçün bildirək ki, bəstəkar Sevinc Tofiqqızı Türkiyə və Atatürk heyranı bir olaraq Türkiyədə bir sıra yerlərinin ziyarətlərdə olacaq. Azərbaycan ilə Türk dünyası mədəniyyətinin inkişafı üçün yeni layihələrdə imza atacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm