Bakıdakı gözəllik yarışında Rusiya-Ukrayna münaqişəsi – MÜSAHİBƏ – (FOTOLAR)
Bizi izləyin

Tabloid.az

Bakıdakı gözəllik yarışında Rusiya-Ukrayna münaqişəsi – MÜSAHİBƏ – (FOTOLAR)

Azərbaycanda ilk dəfə keçiriləcək “Miss Globe İnternational” beynəlxalq gözəllik müsabiqəsində Ukraynanı təmsil edən iştirakçısı Anastasiya Kostukun Publika.az-a müsahibəsi:

- Bakıda özünüzü necə hiss edirsiniz?

- Çox əla hiss edirəm. Bakı çox gözəl şəhərdir. Burada özümü çox sərbəst və təhlükəsiz hiss edirəm. Burada olmaqdan çox məmnunam.

- İndi ölkənizdə müharibə gedir. Bura gələnədək Ukraynada vəziyyət necə idi?

- Mən öz xalqımı çox sevirəm. Qatı vətənpərvərəm. Özüm Çexiyada doğulsam da, harada olmağımdan asılı olmayaraq, Ukrayna mənim üçün böyük Vətən məfhumudur.

- Bakıda təşkil olunacaq “Miss Globe İnternational” yarışmasında Rusiyadan da nümayəndə təmsil olunur. Neçə gündür ki, bütün ölkə iştirakçıları burada bir yerdə qalırlar. Burada rus iştirakçı ilə hər hansı mübahisəniz oldumu?

- Bəli, oldu. Çünki onlar öz dövlətlərinin işğalçı siyasətinə digər ölkə qızlarının yanında haqq qazandırırdılar. Mən də buna qarşı öz etirazımı bildirdim. Qəti şəkildə dedim ki, Rusiya mənim Vətənimi işğal edib.

- Ukraynanın yeni prezidenti Poroşenkonun siyasətini bəyənirsiniz?

- Bilirsiniz, Ukrayna xalqı fevralda inqilab etdi. Biz bunu azad və demokratik ölkədə yaşamaq naminə etdik. Prezident Poroşenko da hakimiyyətə gələndə xalqa söz verdi ki, o, bu dəyərləri sonadək qoruyacaq. Ümid edirik ki, Poroşenko verdiyi sözə xilaf çıxmayacaq. İnanırıq ki, prezident Ukraynanın ərazi bütövlüyü naminə heç bir güzəştə getməyəcək.

Doğrudur, hazırda biz Krımı itirmişik. İndi də Donbası itirmək təhlükəsi qarşısındayıq. Ancaq biz azadlığımızı heç zaman itirməyəcəyik və torpaqlarımızın hər bir qarışını geri alacağıq.

- Sizcə, Avropaya inteqrasiya baş verən bu qədər hadisələrə dəyərdimi?

- Çox təəssüf ki, Avropa bizim azadlıq sevgimizi yetərincə dəyərləndirmir. Bizi Rusiya ilə Qərb arasında bufer dövlət kimi görmək istəyirlər.

- Bəs prezident Putinin sizdən əsas istəyi nədir?

- Bilirsiniz, rus xalqı bizə qardaş xalqdır. Amma onun başında dayanan Putin Ukraynaya qarşı çox xoşagəlməz hərəkətlər edib. Mənim xalqım bunu heç zaman yaddan çıxartmayacaq.

Mən Bakıya gələn ilk gündən bəri burada Ukrayna dövlətinə və xalqıma böyük sevgi görürəm. İndi bizə sizin dəstəyiniz lazımdır. Çünki Putin Ukrayna ilə kifayətlənən deyil.

Mən inanıram ki, biz rus xalqı ilə yenidən dost və qardaş xalq ola biləcəyik. Çünki biz uzun illər eyni ittifaqda yaşamışıq və adət-ənənələrimiz də, demək olar ki, oxşardır.

Tam əminəm ki, indi də Ukrayna və rus xalqının bir-birinə münasibəti düşmən münasibəti deyil, əksinə, çox yaxşıdır. Sadəcə olaraq, siyasətçilər insanlarımızı zombiləşdirir. Putin bu siyasətindən əl çəkməlidir.

Ukraynada ruslara qarşı, bir dəfə də olsun, diskriminasiya halları görə bilməzsiniz. Bizim üçün Ukrayna və rus milləti eynidir.

- Fərd olaraq prezident Putinin şəxsiyyətinə münasibətiniz necədir?

- Mən psixoloq deyiləm, ixtisasım beynəlxalq münasibətlərdir. Ona görə də mən ancaq Putinin siyasəti barədə nə isə deyə bilərəm.

Putin düşünür ki, Ukrayna xalqını incitməklə öz istəyinə nail ola biləcək. Amma bu, düzgün siyasət deyil. Bütün bunlar sonda Rusiyanın özünə qarşı çevriləcək.

Putin onu da anlamalıdır ki, bu gün Ukraynanın ən qərb nöqtəsində belə rus xalqına düşmən münasibəti yoxdur.

Vasif Həsənli

Fotolar müəllifə məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm