Zaur Kamal toyda dava saldı - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Zaur Kamal toyda dava saldı - ÖZƏL

Tanınmış teleaparıcı Zaur Kamal qonaq olduğu məclislərin birində insidentə səbəb olub.

Publika.az-a daxil olan məlumata görə, ötən gün “Xudafərin” şadlıq sarayındakı toyda qonaq olan teleaparıcı tamadanın onu mikrofona dəvət etməyindən bərk əsəbiləşib və ona kəskin şəkildə etirazını bildirib. Z.Kamalın bu hərəkəti məclisdəkilərin də diqqətindən yayınmayıb.

Tamadanın onun adını israrlı şəkildə çəkməyindən daha da əsəbiləşən Z.Kamal əl-qol hərəkətləriylə ona etirazını bildirib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm