Kinoçəkənlər Bakıya gəlir – FOTO
Bizi izləyin

Tabloid.az

Kinoçəkənlər Bakıya gəlir – FOTO

Sentyabrın 19, 20 və 21-də Bakıda dünyanın ən iri qısametrajlı film festivalının yeni yay toplusunun nümayişi baş tutacaq.

Publika.az-ın məlumatına görə, nümayişin təşkilatçısı qismində yenidən YARAT Müasir İncəsənət Məkanı çıxış edəcək. Hazırda festival 90 ölkə, 300 şəhər, 5 qitəni əhatə edərək 1 il ərzində bütün dünya boyu 1400 nümayiş təklif edir.

Mövcud olduğu 10 il ərzində festival Finlandiyadan tutmuş Meksikaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. “Future Shorts” festivalının Yay Mövsümü özündə 8 filmi birləşdirir.

Qeyd edək ki, nümayiş sentyabrın 19-21-də Yay qalereyasında baş tutacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm