Məşhur aktyor-müğənninin ad günüdür – FOTOLAR, VİDEO
Bizi izləyin

Tabloid.az

Məşhur aktyor-müğənninin ad günüdür – FOTOLAR, VİDEO

Bu gün aktyor-müğənni Mobil Əhmədovun ad günüdür.

Sənətçi 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabrda isə Musiqili Komediya Teatrına solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib. Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dan çox lent yazısı, xeyli valı var. Aktyor-müğənni Azərbaycanın əməkdar artisti (1978) və xalq artisti (2000) fəxri adlarına layiq görülüb.
Aktyor uzun sürən xəstəlikdən sonra 2006-cı il iyunun 3-də 75 yaşında Bakı şəhərində vəfat edib, Gəncədə dəfn olunub.

Klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda Sərvər və Rüstəm bəy, Əsgər ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyli), Heydər bəy ("Hacı Qara",
Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları kimi obrazlar yaradıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm