Heydər Əliyev rolunu canlandıran aktyor kimdir? - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Heydər Əliyev rolunu canlandıran aktyor kimdir? - FOTOLAR

Azərbaycanın mərhum prezidenti Heydər Əliyev haqqında “İnsanları xilas etməyə gedirəm” adlı film çəkilir.


AzVision.az xəbər verir ki, filmin bütün detalları ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məşğul olur.


Filmdə Heydər Əliyev obrazını Rusiyanın məşhur aktyoru Proxor Dubravin, həyat yoldaşı Zərifə Əliyevanı isə Elena Padova canlandıracaq.


Filmdə Heydər Əliyevin qayınatası Əziz Əliyevin obrazını isə türkiyəli aktyor Saruhan Hünel canlandırır. Filmin çəkimləri 17 aydır davam edir.


Ekran işi Hollivuddan gələn xüsusi bir qrup tərəfindən montaj ediləcək.


Heydər Əliyevin rolunu oynayan aktyor kimdir?



Dubravin Proxor 18 iyul 1976-cı ildə Rusiyanın Nabrejnie Çalnı şəhərində anadan olub. 1983-cü ildən 35 nömrəli gimnazıyada təhsil almağa başlayıb. 1993-cü ildə məktəbi bitirərək Kam Politexnik İnstitutunun sənaye və vətəndaş tikintisi ixtisasına daxil olub. Lakin o birinci semestrdən sonra bu institutu tərk edib. 1994-1995-ci illərdə hərbidə olub.


O, 1999-cu ildə Yaroslav Dövlət Teatr İnstitutuna daxil olur. 2003-cü ildə bu İnstitut bitirir. 2003-2005-ci illərdə Moskvada “Kinotamaşa” teatrında işləyib. 2004-2005-ci illərdə “Zvezda” telekanalında “Köhnə çardağın hekayələri” adlı uşaq proqramını aparıb. 2004-cü ildən etibarən kinolarda çəkilməyə başlayıb. 2011-ci ilin aprelində ad və soyadını rəsmi olaraq Proxor Dubravinə dəyişib.


Zərifə Əliyevanın rolunu canlandıracaq Elena Padova ilə bağlı nə qədər axtarış etsək də, onun kim olması barədə məlumat əldə edə bilmədik.


Qeyd edək ki, filmi rejissor və “Space” kanalının prezidenti Vaqif Musatafayev çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm