Səbinə Babayeva qayınanasından danışdı – FOTO
Bizi izləyin

Tabloid.az

Səbinə Babayeva qayınanasından danışdı – FOTO

Müğənni Səbinə Babayeva mətbəx qabiliyyətindən danışıb.

Publika.az-ın məlumatına görə, müğənni yalnız ailə həyatı qurandan sonra yemək bişirdiyini deyir: “Nə qədər ki subay idim, anam bişirdiyi yeməklərdə bir qüsur tapırdım. Deyirdim, bu duzludur, bu dadsızdır, bu şitdir. Amma özüm ailə qurandan sonra dəyişdim.

Evin xanımı kimi yeməklərin çoxunu özüm bişirirəm. Bir çox yeməklər var ki, anamdan öyrənmişəm. Amma internetdən axtarıb tapdığım yemək reseptləri də var. Xoşuma gələn maraqlı yeməkləri evdə bişirirəm, çox da dadlı alınır”. Səbinə onu da bildirdi ki, qayınanası da ona tez-tez yemək və şirniyyatlar bişirib göndərir.

Bu sarıdan bəxtinin gətirdiyini deyir. Elə dadlı yeməkləri çox yediyindəndir ki, xanım sənətçi kilo aldığını deyir.

Onu da öyrəndik ki, Səbinənin ən dadlı bişirdiyi yemək səbzi və aş qarasıdır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm