Manaf Ağayev Zauru yalançı çıxardı - AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Manaf Ağayev Zauru yalançı çıxardı - AÇIQLAMA

Teleaparıcı Zaur Kamalın baş verən insidentin tanınmış müğənni Manaf Ağayevin qohumunun toyunda olmasıyla bağlı dedikləri yalan imiş.

Bu barədə Publika.az-a açıqlama verən sənətçi deyib ki, dünən onun heç bir qohumunun toyu olmayıb: “Novruzun toyu çoxdan olub. Ümumiyyətlə, dünən Zaur Kamal mənim heç bir qohumumun toyunda iştirak etməyib”.

Qeyd edək ki, bu gün saytımıza teleaparıcının “Xudafərin” şadlıq sarayında keçirilən toyda insidentə səbəb olduğunu və tamadanın onu mikrofona dəvət etməyindən əsəbiləşdiyini yazmışdıq.

Zaur Kamal isə əməkdaşımıza bildirmişdi ki, belə bir hadisə müğənni Manaf Ağayevin Novruz adlı qohumunun toyunda baş verib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm