İradə Türkiyənin şou-biznesində - “Olmamalıydı”
Bizi izləyin

Tabloid.az

İradə Türkiyənin şou-biznesində - “Olmamalıydı”

Müğənni İradə İbrahimovanın Türkiyənin “Promore Prodüksiyon”la uzun sürən əməkdaşlığı bəhrəsini verəcək. Belə ki, müğənninin oktyabrda Türkiyədə albomu çıxacaq. Artıq radio dalğaları sənətçimizin musiqi marketlərinə çıxarılacaq “Olmamalıydı” adlı albomundan məlumatlıdır.

Albomun ilk çıxış mahnısı olan “Olmamalıydı”nın söz və musiqi müəllifi Şəhrazat, aranjemanı isə Ozan Çolakoğluna məxsusdur. Bir çox sürpriz ismin yer aldığı mahnılar toplusunun musiqi direktoru isə İsra Gülümsərdir.

Xatırladaq ki, bu mahnıya Gülşən Aybaba klip çəkib. 16 saata tamamlanan ekran işi 40 nəfərdən ibarət heyətlə Kilyosta çəkilib.

Yaxın zamanlarda yerini alacaq “Olmamalıydı” adlı mahnısı ilə İradə İbrahimova Türkiyədə iddialı bir başlanğıc etməyə hazırlanır. Bu barədə SözMuzik.com portalı da xəbər paylaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm