UNESCO-da Qobustanla bağlı tədbir keçiriləcək
Bizi izləyin

Tabloid.az

UNESCO-da Qobustanla bağlı tədbir keçiriləcək

Sentyabrın 15-də Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qurumun mənzil-iqamətgahında eramızdan 35-34 min əvvəlki dövrə təsadüf edən ilk sivilizasiya məkanı Qobustan ilə bağlı tədbir keçiriləcək.

AzərTAc xəbər verir ki, tədbirdə bəstəkar Fərəc Qarayevin ibtidai icma dövründə yaşamış insanların həyatından bəhs edən “Qobustan“ baleti göstəriləcək. Balet “Od”, “Günəş”, “Ov” və “ Rəssam” adlı dörd hissədən ibarətdir.

Həmin gün 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilən Qobustan Milli Tarixi-Bədii Qoruğuna həsr edilən sərginin rəsmi açılışı olacaqdır.

Sentyabrın 19-dək davam edəcək sərgidə qayaüstü təsvirləri, mağaraları əks etdirən fotolarla yanaşı, digər əyani vasitələr də nümayiş etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm