Tanınmış aktrisamız “Qisas” alacaq
Bizi izləyin

Tabloid.az

Tanınmış aktrisamız “Qisas” alacaq

Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası, əməkdar artist Gülər Nəbiyeva Publika.az-a sənət yeniliklərindən danışıb.

Aktrisa bildirib ki, hazırda Sirac Mustafayevin rejissoru olduğu “Durnalar qayıdanda” adlı çoxseriaylı bədii televiziya filminə çəkilir: “Burda hadisələr kənddə baş verir. Rolumun adı Saradır. Həmin kənddə yaşayan qadınlardan biriyəm. Ümumilikdə müsbət obrazdır”. Aktrisanın çəkildiyi ikinci ekran işi isə rejissor Asif Abramovun Tahir Kazımovun “Qisas” əsəri əsasında çəkdiyi eyniadlı serialdır. Aktrisa bu serialda Raya adlı qadını oynayır. Qeyd edək ki, həm “Qisas”, həm də “Durnalar qayıdanda” “Lider” telekanalında yayımlanacaq.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm